AZ EN

Olimpiada

Ölkəmizdə istedadlı şagirdlərin üzə çıxarılması, şagirdlərin təhsilə, sağlam rəqabətə maraqlarının yüksəldilməsi üçün həyata keçirilən tədbirlər çox önəmlidir.
Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya məktəbində də bu istiqamətdə maraqlı layihələr həyata keçirilir.
Dünya məktəbinin pedaqoji kollektivi şagirdlərin layihələrə, müsabiqələrə cəlb edilməsi üçün həvəslə çalışır.
2016-2017-ci tədris ilində Dünya məktəbində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin VI, VII sinif şagirdlərinin iştirakı ilə “Təhsil ağılın simasıdır” adlı riyaziyyat fənn olimpiadası keçirildi. Qaliblər dəyərli hədiyyələrlə mükafatlandırıldılar. Məktəblərarası dostluq əlaqələri yarandı, şagirdlərdə təhsilə maraq yüksəldi.
“Təhsil ağılın simasıdır” olimpiadasının 2022-2023-cü dərs ilində riyaziyyat, növbəti illərdə isə digər fənlər üzrə təşkil edilməsi nəzərdə tutulmuşdur.
Ümumtəhsil məktəblərinin VII, VIII və IX sinif şagirdlərini bilik yarışmasında iştirak etməyə dəvət edir, onlara uğur arzulayırıq.
Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Olimpiadada şagirdlərin iştirakı ödənişsizdir.

“Təhsil ağılın simasıdır” Riyaziyyat olimpiadasının final mərhələsi uğurla keçirildi və qaliblər müəyyən edildi. Qalibləri təbrik edirik.

VII sinif
I yer- Zaidova Aydan Vaqif
II yer- Tağıyeva Lalə Müşvüq
II yer- Abbaslı Ayxan Asəf
II yer- Ömərli Fidan İlham

VIII sinif
II yer- Abbasov Elvin Ülfət
III yer- Hacılı Məhəmməd İftixar
III yer- Həsənzadə Aysun Şövqü
III yer- Xammədova Zəhra Xamməd

IX sinif
I yer- Şahvələdov Turan Yusif
III yer- Məhərrəmli Valid Elnur
III yer- Yusifov Kənan Ceyhun

Əlaqələndirici şəxs:
Sayalı Xubanova
+994772741998
[email protected]