AZ EN

Dünya Ana Məktəbi

Dünya Ana Məktəbində digər məktəbəqədər təhsil ocaqlarından fərqli olaraq Beynəlxalq Bakalavr Təşkilatının Erkən Təlim Proqramı tətbiq olunur. Hər yaş qrupuna uyğun proqram və tədris materialları sayəsində uşaqlarda bacarıq və vərdişlər, kollektivləşmə təlim və tədris dünya standartlarına uyğun olaraq inkişaf etdirilir.
Ana Məktəbin özəlliklərindən, işinin uğurlu nəticələrinin başlıca səbəbi müəllimlərin birgə əməkdaşlığı və müəllim-valideyn münasibətinin doğru, düzgün qurulmasıdır.
Məktəbimizdə çalışan xüsusi ixtisaslaşmış müəllim kollektivi sayəsində, məktəb İB profilləri əsasında tam, doğru hazırlanmış uşaqları məktəbə təhvil verilir. Birinci sinfə qəbul imtahanlarında yüksək nəticə göstərən Ana Məktəbin yetirmələri məktəbdə də öz savad və bacarıqlarına görə fərqlənərək gələcək dərslərində də böyük nailiyyətlər qazanırlar.
Müəllimlərimiz hər uşağa fərdi yanaşmaqla onlarda müstəqillik hissinin inkişafı, özünü sərbəst ifadə etmə bacarıqlarını inkişaf etdirir. Valideynlərlə müəllimlərin daimi əlaqədə olması uşaqların həyatsevər və xoşbəxt böyüməsinə kömək edir.
Dünya Ana Məktəbi olaraq uşaqların sağlam gələcəyi üçün də əlimizdən gələni edir, onların gündə 3 dəfə qidalanmasını təmin edir, fiziki sağlamlığı üçün də təmiz havada gəzintilərini təşkil edir, hər tərəfli sağlamlığını gün ərzində nəzarətdə saxlayırıq.
Hərtərəfli uşaq yetişdirən Dünya Ana Məktəbinin yetirmələri öz fikirlərini dolğun ifadələr işlətməklə çatdırmağı bacarır.Təşkil olunan böyük tədbirlər uşaqlarda nitqin inkişafını, səhnə mədəniyyətini də formalaşdırır.
Dünyaya Dünyadan səs salan uşaqlar yetişdirmək istəyən hər bir valideyinin seçimi məhz, buna görə də, Dünya Ana Məktəbidir.