AZ EN

Sumqayıt Dünya Məktəbi

Sumqayıt Dünya məktəbi 1 avqust 2016-cı ildən etibarən fəaliyyətə başlamışdır.

Həmin ildən etibarən şagirdlərimiz Azərbaycan, Rus və İngilis bölmələri üzrə
təhsil almaqdadır. İngilis bölməmizdə və Azərbaycan, rus bölməsinin ibtidai siniflərində lisenziyalı İB (Beynəlxalq bakalavr) proqramı tətbiq olunur və dərslərimiz peşəkar müəllim kollektivimiz tərəfindən tədris edilir.

Burada təhsil almaq istəyən şagirdlərimiz müsabiqə əsasında məktəbə qəbul olunurlar.. Müsabiqədə iştirak edən şagirdlərin sağlamlığı, yaşı, idraki bacarıqları və nitq qabiliyyəti əsas götürülür..

Həmçinin müəllimlərimiz də müsabiqə yolu ilə seçilirlər. Müsabiqə üç mərhələdə aparılır:

* İxtisas fənni üzrə test
* Müsahibə
* Nümunə dərs
Bu mərhələləri uğurla keçən müəllimlər məktəbin təlabatından asılı olaraq işə qəbul olunurlar.
Hal-hazırda məktəbdə çoxsaylı professor və fəlsəfə doktorları çalışırlar.

Məktəbimizdə tədris həftə içi 5 gün davam edir, şənbə günləri isə şagirdlərimiz üçün əlavə fiziki və zehni fəaliyyətlər yəni; dərnəklər, tədrislə əlaqəli ekskursiyalar, gəzintilər təşkil edilir.

Maddi - texniki baza:

Dünya məktəbinin uğurlu bir məktəb kimi fəaliyyət göstərməsində ən vacib şərtlərdən biri məktəb binasında tədris üçün xüsusi əlverişli şəraitin olmasıdır.
Beşmərtəbəli məktəb binamız müasir maddi-texniki baza ilə yanaşı sürətli internet, fizika, kimya, biologiya, və kompyuter labaratoriyaları, standartlara uyğun həkim otağı, yeməkxana və geniş idman zalı ilə təchiz olunmuşdur.


1. Məktəbimizə məxsus kitabxana maraqlı uşaq ədəbiyyatları ilə və metodik-pedaqoji kitablarla müntəzəm olaraq zənginləşdirilir. Beləliklə şagirdlərimizin oxu texnikasının, mənəvi dəyərlərinin və dünyagörüşünün inkişafına xidmət etməklə yanaşı, müəllimlərin pedaqoji fəaliyyətinin təkmilləşdirilməsinə də xidmət edir. Kitabxanada elektron kataloq fəaliyyət göstərir. Dünya standartlarına cavab verən və artıq məşhur olan Xəzər Universitetinin kitabxanası da hər zaman şagirdlərə və müəllimlərə xidmət göstərir.

2. Məktəbdə Ulu Öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən guşə diqqəti cəlb edir. Ümumilli liderimizin şərəfli həyat yolu şagirdlər üçün bir örnəkdir.

3. Dəhliz divarlarında müasir təlim və texnologiyaları, innovasiyaları, o cümlədən məktəbin fəaliyyətini əks etdirən gözoxşayan lövhələr tərtib edilmişdir.

4. Şagirdlərimizin məktəbə gediş-gəlişinin asanlığını təmin etmək üçün məktəbin nəqliyyat servisi də mövcuddur. Həmin servislərimiz tədrislə bağlı ekskursiyaların və gəzintilərin həyata keçrilməsində də istifadə olunur.


Tədrisin təşkili:

Dünya məktəbində şagirdləri mümkün qədər çox öyrətmək əvəzinə, fikirləşməyi öyrətmək prinsipi əsas götürülür və tədris prosesinin təşkili bu yöndə qurulur.

Məktəb xarici ölkələrin təhsil təcrübəsindən faydalanmağın vacibliyini nəzərə alaraq, xarici dillərin tədrisinə çox önəm verir. Bu səbəblə İngilis dili məktəbin ikinci dilidir.

Uğurlarımız:
2016-cı ildən bu günədək məktəbimizdən 29 şagird məzun olmuşdur. Məzunlarımızın hər biri xaricdə və ölkəmizdə yüksək nəticələrlə ali təhsil müəssələrinə daxil olmuşlar.

Şagirdlərimiz bu illər ərzində müxtəlif beynəlxalq yarışmalarda, olimpiyadalarda yüksək nəticələr əldə etmişlər.

Sadəcə zehni fəaliyyəti ilə deyil, fiziki bacarıqları ilə də seçilən şagirdlərimiz, Real Aykido, Cüdo, Şahmat kimi müxtəlif idmanlarda da öz məharətlərini göstərmiş, yeni dərəcələrə layiq görülmüş və müxtəlif müsabiqələrin qalibi olmuşlar.

Həmçinin məktəbimizin Robotix dərnəyinin yetirmələri də, dəfələrlə xarici ölkəlkərdə keçirilən beynəlxalq yarışmalara, technofestlərə qatılmış və müxtəlif uğurlara imza atmışlar.

Dünya məktəbi, xəyalların Dünyasıdır!