AZ EN

Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı

06 Mar 2023 | Baki

Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib

Martın 2-də Bakı Kitab Mərkəzində Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının Qarabağa, tarix boyu onun ətrafında baş verən siyasi-ictimai hadisələrin mahiyyətinə, Azərbaycan və erməni xalqları arasında münasibətlər tarixinə həsr olunmuş “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı olub.

Alimin ailə üzvləri, dostları, dövlət nümayəndələri, ziyalılar, sənət adamları, media və bir sıra ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yubilyarın zəngin elmi irsi, pedaqoji və məhsuldar elmi-təşkilati fəaliyyəti haqqında ətraflı danışılıb.

Qonaqlar Hamlet İsaxanlını 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni nailiyyətlər diləyiblər.

Tədbirdə görkəmli alimin yaradıcılıq və fəaliyyətini əks etdirən kitabların sərgisi də yer alıb.

Xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, əməkdar artistlər Fərqanə Qasımova, İlahə Əfəndiyeva, Xəzər Universitetinin kamera orkestri, Xalq çalğı alətləri ansamblı gecədə rəngarəng konsert proqramı ilə çıxış ediblər.

~

Состоялась презентация книги Гамлета Исаханлы «Мой Карабах или Карабахский узел»

2 марта в Бакинском Книжном Центре состоялась презентация книги «Мой Карабах или Карабахский узел» основателя Университета Хазар, профессора Гамлета Исаханлы. Книга посвящена общественно-политическим событиям в истории Карабаха, а также истории отношений между азербайджанским и армянским народами.

На мероприятии, организованном по случаю 75-летия выдающегося учёного, состоялась также выставка различных изданий, отражающих его многогранную деятельность.

Выступившие на презентации друзья, коллеги Гамлета Исаханлы, общественные, творческие деятели Азербайджана, журналисты рассказали о богатом научном наследии, плодотворной педагогической и научно-организационной деятельности юбиляра, пожелали ему новых успехов.

Вечер украсили выступления народных артистов Алима Гасымова, Назакят Теймуровой, заслуженных артистов Фарганы Гасымовой, Илахи Эфендиевой в сопровождении ансамбля народных инструментов, а также камерный оркестр Университета Хазар.

Tövsiyələr