AZ EN

Sumqayıt Dünya məktəbində RİYAZİYYAT

08 Dec 2022 | Sumqayit

Riyaziyyat, bizi əhatə edən dünyanı anlamağa kömək edən qanunauyğunluqların sirlərini açır. İnsan oğlu dünyaya gələndən onu əhatə edən sirli ətraf aləmi dərk etməyə çalışmış, yaşamaq və öz şəraitini yaxşılaşdırmaq üçün daim düşünmüş, beynində alqoritmlər qurmuş və düşündüklərini həyata keçirmək üçün addımlar atmışdır. Riyaziyyat elmi ucsuz-bucaqsız bir aləmdir, nəhayətsiz bilik dəryasıdır. Bu biliklər aləmindən baş çıxarmaq üçün dərin zəka, gərgin düşüncə, güclü məntiq tələb olunur,onu əzbərləyərək deyil,dərk edərək öyrənmək lazımdır.Həqiqət budur ki, bütün dəqiq elmlərin danışdığı bir dil var ,bu da riyaziyyatdır.Sumqayit Dünya məktəbi olaraq biz də bu dəryalar qədər dərin olan elmi şagirdlərimizə ən maraqlı şəkildə təqdim etməyə çalışırıq.Bunun üçün tez-tez məktəbdaxili yarışlar,xüsusi günlərdə riyaziyyatla bağlı tədbirlər,ekskursiyalar təşkil edirik.Uşaqlar riyaziyyatı qaydalar əzbərləyərək deyil, həyati situasiyalarla əlaqəli şəkildə öyrənirlər.Tədqiqatlar aparan,hər bir mövzunu əyani vəsaitlər vasitəsilə görən şagirdlərimiz bunu anlayırlar ki,HƏQİQƏTƏN RİYAZİYYAT BİZİM HƏYATIMIZIN HƏR ANINDADIR.

Tövsiyələr