AZ EN

Şəhid Vadim Qocayevin ailəsinə ziyarət

09 Dec 2022 | Baki

DÜNYA Məktəbinin müəllim və şagirdləri 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə savaşan, 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "İgidliyə görə" medalı və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilən Azərbaycan Silahlı Qüvvələrinin giziri Vadim Qocayevin ailəsini ziyarət etdilər.

Yeni il sovqatları və hədiyyələrlə ailənin qonağı olan şagirdlər şəhidin qəhrəmanlıq yolunun tarixçəsi haqqında ailə üzvlərinin söhbətlərini dinlədilər.

Tövsiyələr