AZ EN

Monitorinq və Qiymətləndirmə

Monitorinq və Qiymətləndirmə departamenti

Departamentin əsas məqsədi şagirdlərin bilik, bacarıq səviyyələrinin il boyu müntəzəm olaraq yoxlanılmasını təşkil etmək və onun qiymətləndirilməsində obyektivliyi təmin etməkdir.
Belə mərkəzləşdirilmiş qiymətləndirmə sistemi imkan verir ki, şagirdlərin güclü və zəif tərəfləri vaxtında aşkarlansın, onlara münasibətdə differensial yanaşma tətbiq edilsin.
Monitorinq və Qiymətləndirmə departamenti öz işini dünya qiymətləndirmə standartlarına uyğun qurur. Tədris prosesində qiymətləndirmənin bütün növlərinin (diaqnostik, formativ, summativ) düzgün tətbiq edilməsinə xüsusi nəzarət mexanizmi həyata keçirilir.
Departament şagird biliklərinin qiymətləndirilməsinin elmi əsaslar üzərində qurulmasını təmin etməklə yanaşı, məktəb fəaliyyətində özünüqiymətləndirməni ən mühüm şərtlərdən biri hesab edir. Bu isə hər zaman təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.
Eyni zamanda, Monitorinq və Qiymətləndirmə departamenti qiymətləndirmə mexanizminin, qiymətləndirmə üsullarının təkmilləşdirilməsində, akademik dürüstlük siyasətinin reallaşmasında aparıcı rol oynayır.


Qiymətləndirmə siyasəti

Dünya Məktəbində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi , tədrisdə keyfiyyət göstəricilərinin müəyyən edilməsi məktəbin “Qiymətləndirmə siyasəti” əsasında aparılır.
Qiymətləndirmə prosesi aşağıdakı prinsiplərlə tənzimlənir:

  • Qiymətləndirmə siyasəti məktəbin fəlsəfəsini və missiyasını əks etdirir;
  • Məktəbdə Qiymətləndirmə tədris proqramlarının tələblərinə uyğun aparılır;
  • Qiymətləndirmə tədris proqramlarının ən vacib elementlərini özündə əks etdirir;
  • Məktəb Qiymətləndirmə siyasətini və qaydalarını pedaqoji heyətə çatdırır, izah edir;
  • Məktəb kurikulum əsasında mənimsəmənin hesabatını təmin edir;
  • Məktəb şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsini çoxsaylı üsullarla həyata keçirir;
  • Məktəb təhsilin keyfiyyətini yüksəltmələri üçün şagirdləri hərtərəfli məlumat və dəstəklə təmin edir;
  • Məktəbdə tədris proqramı əsasında şagird nailiyyətlərini əks etdirən sistemlər mövcuddur;
  • Məktəb qiymətləndirmə nəticələrini araşdırır, müqayisə edir, müəllim və şagirdləri məlumatlandırır;
  • Məktəb şagirdlərin öz bilik və bacarıqlarının qiymətləndirilməsində iştirakını təmin edir;
  • Məktəb şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imkanlar yaradır;

Bu işin icrasında məktəbin Qiymətləndirmə və Monitorinq departamenti mühüm rol oynayır.


Akademik dürüstlük

Gəlin məktəbimizdə Akademik dürüstlük siyasətinin təmin edilməsinə kömək edək.
Şəffaflığı təmin etmək üçün ədəbi oğurluğun (plagiatçılığın), köçürmə hallarının qarşısını alaq və şagirdləri inandıraq ki, özlərinin tapşırıqları dürüst, sərbəst şəkildə yerinə yetirmələri onlara qürurverici hisslər yaşadacaq.

XXI əsr təhsilinin tələb etdiyi bacarıqları (araşdıran, bilikli, düşünən, ünsiyyətcil, prinsipial, açıqfikirli, qayğıkeş, balanslı, risk edən və mühakimə edən) şagirdlərə aşılayaq. Onlar bizim tədris və təlimimizin təməlidirlər. Onlar həmçinin fərdlərin akademik dürüstlük məsulliyyətini də özlərində əks etdirirlər.

Şagirdlərin öz təlimlərinə qarşı daha məsuliyyətli olmalarını dəstəkləyək.
Onların müstəqil öyrənmə bacarıqlarını inkişaf etdirək.

Akademik dürüstlük haqqında müzakirələr aparmağa zaman ayıraq və şagirdləri öz şəxsi dürüstüklərini inkişaf etdirmək üçün həvəsləndirək.
Şagirdlər arasında akademik dürüstlük haqqında kinofilm və ya afişa hazırlamaq müsabiqəsi təşkil edək.
Şagirdləri həqiqi və orijinal işlər ərsəyə gətirmək üçün təlimatlandıraq.
Mükəmməl təhsil haqda düşünən, yaradıcı nəsil yetişdirək.
Şagirdlərə gördükləri işlər barədə mütəmadi olaraq rəy bildirək və onları bu rəylərə münasibət bildirməyə ruhlandıraq.

Şagirdləri və müəllim heyətini məktəbin akademik dürüstlük siyasətinin inkişafına cəlb edək, akademik dürüstlüyü məktəb mədəniyyəti ilə birləşdirək.
Nümunə olaq - vicdanlı, məsuliyyətli olaq və etik qaydalara riayət edək. Şagirdlərin dürüstlük nümayiş etdirərkən üzləşdiyi çətinliklər, eləcə də akademik dürüstlüyü özündə birləşdirən mütəmadi işlərin həyata keçirilməsi məqsədilə müəllim, məktəb və şagirdlərin paylaşdığı məsuliyyətləri dəqiqləşdirək.
Şagirdlərimizi öz zəif və güclü tərəflərini görüb ,
qəbul etməyə və bacardıqlarının ən yaxşısını etməyə ruhlandıraq.

Ədaləti qoruyaq və bütün suallara açıq olaq. Kitabxana əməkdaşları da bu barədə daha çox araşdırma aparıb bizə kömək edə bilərlər.
Valideynlərə bizim akademik dürüstlük siyasətimizi anlamaqda dəstək olaq.
Sadəcə bir düyməyə basmaqla məlumat dünyasına daxil olmağın və dünyanın istənilən yerində insanlarla əlaqə saxlamağın bu qədər asan olduğu bir rəqəmsal dövrdə biz gərək gənclərə əllərində olan imkanların üstünlüklərini və risklərini başa düşməkdə kömək edək.
Təlim və tədrisin əsasında biz akademik dürüstlüyün başa düşüldüyü, dəyər verildiyi bir mədəniyyət yarada bilərik.