AZ EN

Təhsil Mərkəzi

Dünya Məktəbində fəaliyyət göstərən Təhsil Mərkəzi tərəfindən şagirdlərin və valideynlərin istəyi əsasında müxtəlif dərnəklər, klublar, kurslar təşkil edilir. Günün ikinci yarısında şagirdlər öz seçimləri ilə yüksək səviyyədə fəaliyyət göstərən müxtəlif dərnəklərdə iştirak edirlər. Burada hər bir şagirdin bacarıq və qabiliyyəti üzə çıxarılır, inkişaf etdirilir. Təhsil Mərkəzinin dərnək və kursları şagirdlərin hərtərəfli inkişafına, idman klubları vasitəsilə nizam-intizamın və sağlamlığın möhkəmləndirilməsinə, həmçinin boş vaxtın səmərəli təşkilinə xidmət edir.