AZ EN

Pedaqoji təcrübə

10714005_730887096981081_8458485094969206128_o

Dünya Məktəbi Xəzər Universitetində təhsil alan tələbələrin pedaqoji təcrübə bazasıdır. Məktəbdə pedaqoji təcrübə keçən müəllimlər Xəzər Universitetinin Təhsil Fakültəsində təhsil alan IV kurs tələbələridir. Təcrübə müddəti 1 ildir. I yarımildə təcrübəçi müəllimlər dərsləri dinləyir, müşahidələr aparır, dərslərin müzakirəsində iştirak edir, köməkçi müəllim kimi təyin edildiyi sinfin həyatında iştirak edir və tədrisə kömək edirlər. II yarımildə isə artıq təcrübəçi müəllimlər dərs nümunələri nümayiş etdirirlər. Bu dərslər müzakirə olunur, qiymətləndirilir və pedaqoji tövsiyələr verilir. İlin sonunda öz fəallığı, yaradıcılığı, yüksək nüəllimlik həvəsi ilə fərqlənən təcrübəçi müəllimlər məktəb rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunurlar. Müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticələr qazanan təcürbəçi müəllimlər Dünya Məktəbində müəllim və ya köməkçi müəllim işləmək şansı əldə edirlər.