AZ EN

Bullying

28 Nov 2022 | Baki

Uşaqlarımıza bir daha xatırladaq ki, bütün insanlar barmaq izləri kimi fərqli və unikaldır. Heç kəs fərqli olduğu üçün başqaları tərəfindən kobud sözlər eşitməyə, itələnməyə, qrupdan xaric olunmağa layiq deyil. Kök, arıq, uzun, qısa, qaraşın, sarışın, hər hansı məhdudiyyəti olan (fiziki, nitq) və ya olmayan, dərslərini yaxşı oxuyan və ya oxumayan hamı bərabərdir və eyni səviyyədə hörmət görməlidir.

Bullinqin təşəbbüskarları hər hansı bir uşağı fərqli gördüklərinə görə bullinq göstərə bilərlər. Fərqli corablar geyinmək bizim öz unikallığımızı, təkrarolunmazlığımızı qəbul etdiyimizi və bütün insanlara eyni səviyyədə hörmət etdiyimizi göstərən bir simvoldur. Bildiyiniz kimi, simvolik ifadələr, jestlər, hərəkətlər insanların ünsiyyətinin ayrılmaz hissəsidir. Fərqli corab geyinən uşaqlar öz yoldaşlarına bu mesajı verərək bullinqə qarşı olduqlarını göstərdilər.

Tövsiyələr