AZ EN

"Sükutla Danışanlar" kitabının təqdimatı Sumqayıt Dünya məktəbində

13 Dec 2022 | Sumqayit

06.12.2022 tarixində məktəbimizdə “Sükutla danışanlar” kitabının təqdimatı keçirildi. Təqdimatda əsərin müəllifi Elvin bəy də şəxsən iştirak edirdi. Bu əsnada qeyd edilən əsər müəllifinin keçdiyi məşəqqətli yollar, hərkəsi dərindən sarsıtmışdı. Bir gəncin həyatın bu qədər dərin hissəsi ilə üz-üzə qalması, itirdiyi o gənclik illəri və bütün bu olanlara rəğmən gözlərinə yansıyan o qürur hissi hər birimizi təəccüb içində izləməyə sövq edirdi. Bu qədər uzun və çətin bir yolda ümidini itirməmiş bu gənc, insanlara əzm etməyi, həyatla mübarizə aparmağı öyrədirdi. Yaşadığı həyatın fonunda bu gözəl əsəri qələmə almış Elvin bəy, keçirilən bu təqdimatda şagirdlərimizə öz timsalında mütaliə etmənin də nə qədər önəmli olduğunu və həyatda bəzən kitabların ən yaxın dostunuz ola biləcəyini öyrətdi. Kollektivimiz adından Elvin bəyə uğurlar arzu edir, daha neçə gözəl əsərlə oxucularını sevindirməsini diləyirik!

Tövsiyələr